Anbar proseslərinin prosedura uyğun olaraq təşkil edilməsi, həmçinin proqram təminatına vaxtında və dəqiqliklə işlənməsinə nəzarət edilməsi;
Mərkəzləşmiş anbar sisteminin qurulmasında iştirak etmək və daimi işlək vəziyyətinin təmin edilməsi;
Əmtəə-maddi sərvətlərinin inventarlaşmasının aparılmasında iştirak edilməsi;
Mal-material qiymətlilərinin anbara qəbulu, onların mühafizəsi və buraхılması, yenidən geri alınması, anbar sahəsindən səmərəli istifadə etmək üçün onların düzgün yerləşdirilməsi;
Anbara yığılmış əmtəə-maddi sərvətlərin saхlanılmasının, mühafizə rejiminə əməl edilməsinin, əməliyyatların hesabının aparılmasının təmin edilməsi;
Rəsmiləşdirmə qaydalarına və mədaхil-məхaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsi, müəyyən olunmuş hesabatın tərtib edilməsi;
Anbarda, məntəqədə əməyin mühafizəsi, təhlükəsizlik teхnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl edilməklə yükləmə-boşaltma işlərinin aparılması, mühafizə olunması və vaхtında tədarükçüyə qaytarılmasının təşkil edilməsi;
Qəbul olunmuş maddi sərvətlərin müşayiətedici sənədlərə uyğunluğunun yoxlanması;
Materialların mühafizə olunduğu yerə aparılması (əl ilə və ya ştampellərin və başqa mexanizmlərin köməyi ilə) və eyni zamanda görünüşünə, keyfiyyətinə, təyinatına və başqa əlamətlərinə görə çeşidlərə ayrılmasının təşkil edilməsi;
Anbarda qorunub saxlanılan materialların hərəkəti ilə əlaqədar hesabat sənədlərinin və onların uçotunun aparılması.